Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər tutulub

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər tutulub
# 27 mart 2021 11:48 (UTC +04:00)

Daxili İşlər Nazirliyi ötün gün 2021-ci il mart ayının 26-da daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ötən gün respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 23 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR