Ötən gün yol qəzalarında 5 nəfər ölüb - RƏSMİ

Ötən gün yol qəzalarında 5 nəfər ölüb - RƏSMİ
# 26 noyabr 2019 10:58 (UTC +04:00)

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş16 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR