Ötən il narkotikə görə tutulanların 0,4%-i yetkinlik yaşına çatmayanlar, 23,6%-i gənclər olub

Ötən il narkotikə görə tutulanların 0,4%-i yetkinlik yaşına çatmayanlar, 23,6%-i gənclər olub
# 27 fevral 2020 12:13 (UTC +04:00)

2019-cu ildə Azərbaycanda qeydə alınmış 26 672 cinayət hadisəsinin 4383-ü və ya 16,4%-i narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olub.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, onların da 59,1%-ni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 33,4%-ni eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 6,1%-ni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,3%-ni güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər, 0,1%-ni isə digər cinayətlər təşkil edib.

Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 3 464 nəfər (onlardan 2,8%-i əcnəbilər) cinayət törətmiş şəxs müəyyən edilib ki, onların da 98,8%-i cinayət məsuliyyətinə cəlb olunub, 1,2%-i isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib.

Cinayət törətmiş şəxslərdən 70,3%-i heç yerdə işləməyən və oxumayanlar olub. Cinayət törədənlərin 0,4%-ni yetkinlik yaşına çatmayanlar, 23,6/%-ni 18-29 yaşlı gənclər təşkil edib.

2019-cu ildə müsadirə edilmiş 3 317,5 kiloqram narkotik maddələrin 2 066,6 kiloqramını heroin, 822,1 kiloqramını marixuana, 288,2 kiloqramını tiryək, 22,8 kiloqramını həşiş, həşiş yağı və qətranı, 4 kiloqramını kokain, 113,8 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR