Polis 9 kq narkotik vasitəni dövriyyədən çıxarıb

Polis 9 kq narkotik vasitəni dövriyyədən çıxarıb
  • Clock-gray 11:19
  • calendar-gray 11 Yanvar 2021

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Ağcabədi rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şərəfxanlı kənd sakini İ.İbrahimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 5 kiloqram 218 qram heroin aşkar edilərək götürülüb.

Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Yevlax rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kövər kənd sakini E.Cəfərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 7 qrama yaxın, idarə etdiyi “Ford” markalı avtomobilə baxış zamanı 3 kiloqram 135 qram marixuana, 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən isə qundağı və lüləsi kəsilmiş tüfəng götürülüb.

Səlcuq Elçin

Digər xəbərlər