Prezidentin imzaladığı əfv sərəncamı ilə iki ömürlük məhkum azadlığa çıxıb

Prezidentin imzaladığı əfv sərəncamı ilə iki ömürlük məhkum azadlığa çıxıb
  • Clock-gray 10:34
  • calendar-gray 07 Aprel 2020

“Azadlıqdan ömürlük məhrum olunmuş iki nəfər Prezidentin dünən imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb”.

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyi yanında cəzaçəmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əlməmməd Nuriyev deyib.

Ə. Nuriyev bildirib ki, onlardan biri 20, biri isə 25 il cəza çəkib: "Bundan başqa, Nardaran hadisələrinə görə həbs olunan 2 nəfər də əfvə düşüb. Əfv olunanlardan 25-i nəqliyyat hadisələrinə görə azadlıqdan məhrum olunandır". 

Səlcuq Elçin

Digər xəbərlər

Arxiv

date