Qəbələ sakini ayı ilə əlbəyaxa olub

Qəbələ sakini ayı ilə əlbəyaxa olub
# 12 fevral 2021 15:58 (UTC +04:00)

Qəbələ rayon sakini vəhşi heyvanın hücumuna məruz qalıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Vəndam qəsəbəsi ərazisində qeydə alınıb.

Qəsəbə sakini Fərman Rəcəbov yaşadığı evin yaxınlığında işləyərkən Qonur Qafqaz ayısı qəflətən ona hücum edib. Çıxılmaz vəziyyətdə qalan sakin ayı ilə əlbəyaxa olub. Müxtəlif bədən xəsarətləri alan Fərman Rəcəbov ayının pəncəsindən qaçarkən özünü dərəyə atıb. Bir müddət dərədə qalan Fərman Rəcəbov sonra telefonla qardaşına zəng edib. Kənd sakinləri yaralını xilas edərək Qəbələ rayon Mərkəzi Xəstəxanasına gətiriblər. Xəstənin sol ayağında və qarın baş nahiyəsində çoxsaylı xəsarətlər olduğu üçün Bakı şəhərinə mərkəzi xəstəxanasına göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR