Qubada 3 yaşayış evini ildırım vurub

Qubada 3 yaşayış evini ildırım vurub
  • Clock-gray 17:04
  • calendar-gray 22 İyun 2020

Bu gün günorta saatlarında Quba rayonu ərazisində şimşəklə müşahidə olunan güclü leysan yağıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun bəzi dağlıq ərazilərinə dolu düşüb.

Quba Rayon İcra Hakimiyyətindən APA-nın yerli bürosuna verilən məlumata görə, rayonun Alpan kəndində 3 vətəndaşa məxsus yaşayış evinin yardımçı tikilisinə şimşək düşüb, bir yaşayış evini isə su basıb.

Rayonun Digah kəndində daha bir yaşayış evini su basıb. 

Dəyən ziyanın hesablanması və aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Vəli Turan

Digər xəbərlər