Qubada 40 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb

Qubada 40 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb
# 25 fevral 2020 09:19 (UTC +04:00)

Qubada 40 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın məlumatına görə, hadisə rayonun Çartəpə kəndində qeydə alınıb.

Kənd sakini, 1980-ci il təvəllüdlü İlham Orucov spirtli içkinin təsiri altında sərxoş vəziyyətdə müvazinətini itirirək yaşadığı evin həyətində yıxılıb və başı beton döşəməyə dəyib. O, aldığı xəsarətlə Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin xəstəxanada ölüb.

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR