Qubada dağlıq ərazidə yanğın olub

Qubada dağlıq ərazidə yanğın olub
# 05 aprel 2021 18:25 (UTC +04:00)

Quba rayonunun Təngəaltı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə 5 ha sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb. Meşə zolağı yanğından mühafizə olunub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları cəlb olunub.

Yanğın söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR