Qubada körpələr evində yanğın olub

Qubada körpələr evində yanğın olub
# 23 yanvar 2020 16:16 (UTC +04:00)

Quba rayonunda yanğın olub.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Xəbərə görə, rayonun 2-ci Nügədi kəndində ümumi sahəsi 144 m² olan 12 saylı körpələr evinin yerləşdiyi birmərtəbəli binanın bacasında alışma baş verib. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Yanğın, yanğın bölmələri çatana kimi işçilər tərəfdən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR