Qubada maşın piyadanı vuraraq öldürüb - FOTO

Qubada maşın piyadanı vuraraq öldürüb - FOTO
  • Clock-gray 18:03
  • calendar-gray 07 İyul 2020

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Quba rayon sakini Mahir Yadigarov idarə etdiyi 10 ML 918 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə piyada, 1956-cı il təvəllüdlü Ağarzayev Şakir Cərulla oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Vəli Turan

Digər xəbərlər