Qubada sel 2 avtomobili aparıb, 3 körpünü dağıdıb

Qubada sel 2 avtomobili aparıb, 3 körpünü dağıdıb
# 11 may 2020 13:51 (UTC +04:00)

Qubada çayı keçmək istəyən iki avtomobil sel sularının altında qalıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun ucqar dağ kəndlərindən olan Yerfidə qeydə alınıb. Vəlvələçayını keçmək istəyən “Niva” və “UAZ” markalı nəqliyyat vasitəsi suyun altında qalıb. Nəqliyyat vasitələri suyun altından çıxarılıb.

Quba Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, son günlərdə yağan güclü yağışlar və çaylarda suyun artması nəticəsində rayonun 3 müxtəlif kəndində körpüləri sel dağıdıb. Hazırda dəyən ziyanın aradan qaldırılması və körpülərin təmiri istiqamətində işlər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR