Qubada yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstəsi saxlanılıb

Qubada yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstəsi saxlanılıb
  • Clock-gray 11:37
  • calendar-gray 13 Noyabr 2020

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə COVİD-19 virusuna yoluxmuş 1 nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xaçmaz şəhər sakini K.Məmmədova koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunub. Həmin şəxsə yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb.

COVİD-19 infeksiyasına yoluxmuş qadın Quba rayonu ərazisində polis əməkdaşları tərəfindən yoxlanılan zaman onun qaydaları pozaraq, yaşadığı ünvanı tərk etdiyi aşkar edilib.

Dərhal keçirilən tədbirlərlə əraziyə həkim briqadası dəvət edilib və qadın təcili tibbi yardım avtomobilinə mindirilərək Quba rayonu ərazisindəki koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.

Səlcuq Elçin

Digər xəbərlər