Qusarda avtomobil divara çırpılıb, xəsarət alan var

Qusarda avtomobil divara çırpılıb, xəsarət alan var
  • Clock-gray 08:26
  • calendar-gray 26 İyul 2020

Qusar rayonunun Samur qəsəbəsində xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumatda bildirilib.

Məlumata əsasən, “Opel” markalı minik avtomobili yol kənarındakı kafenin divarına çırpılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

apa-logo-mini

Digər xəbərlər