Saatlı sakini daş hasarın altında qalaraq ölüb

Saatlı sakini daş hasarın altında qalaraq ölüb
# 22 may 2020 10:53 (UTC +04:00)

Saatlı sakini daş hasarın altında qalaraq ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Sarıcalar kəndində baş verib. Kənd sakini, 1976-cı il təvəllüdlü Cəfərov İlqar Ağalar oğlu yaşadığı evin hasarını hörən zaman hasar uçub. İ.Cəfərov hasarın altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR