Saatlı sakini ehtiyatsızlıqdan özünü güllələyib

Saatlı sakini ehtiyatsızlıqdan özünü güllələyib
  • Clock-gray 17:57
  • calendar-gray 27 Fevral 2021

Saatlıda bədbəxt hadisə baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Məzrəli kənd sakini, 1996-cı il təvəllüdlü  Mənsimov Allahverdi Orucəli oğlu ehtiyatsızlıqdan əlində olan ov tüfəngindən açılan atəş nəticəsində həyatının itirib.

Hadisə  çöllük sahədə baş verib.Belə ki, örüş sahəsində mal-qara otaran zaman A.Mənzimov kanalı keçmək istəyərkən, ayağı sürüşüb və ov tüfəngindən açılan atəş nəticəsində boğaz nahiyəsindən ağır yaralanıb. Nəticədə aldığı güllə yarasından hadisə yerində ölüb.

Faktla bağlı Saatlı rayon prokuroluğu tərəfindən araşdırma aparılır.

 

Əlibəy Zeynallı

Digər xəbərlər