Saatlı sakini idarə etdiyi motosikleti aşıraraq xəsarət alıb

Saatlı sakini idarə etdiyi motosikleti aşıraraq xəsarət alıb
# 22 may 2020 23:53 (UTC +04:00)

Saatlıda motosiklet aşıb, sürücü xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun çöllük ərazisində qeydə alınıb.

Bəylik kənd sakini, 1981-ci il təvəllüdlü Yolçuyev Müslüm Ərrəhman oğlu idarə etdiyi motosikleti aşırıb. Nəticədə müxtəlif xəsarətlər alan yaralı əvvəlcə Saatlı Rayon Xəstəxanasına, daha sonra Şirvan Şəhər Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR