Sabirabadda Kürdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB-1

Sabirabadda Kürdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB-1
# 21 iyul 2020 10:57 (UTC +04:00)

Sabirabadda Kürdə batan yeniyetmənin meyiti tapılıb.

APA-nın yerıli bürosunun verdiyi xəbərə görə, 2004-cü il təvəllüdlü Hüseynov Tehmir Məmməd oğlunun meyiti batdığı yerdən 15 metr kənarda tapılaraq sudan çıxarılıb.

***

20 iyul saat 23:33

Sabirabadda 16 yaşlı oğlan Kür çayında batıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Kür çayının Sabirabad rayonu, Əsgərbəyli kəndi ərazisindən keçən hissəsində kənd sakini, 2004-cü il təvəllüdlü Hüseynov Tehmir Məmməd oğlu çayda çimərkən boğulub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

***

17:25

Sabirabadda 1 nəfər çayda batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonu, Əsgərbəyli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR