Sabirabadda baş verən qəzada 3 nəfər xəsarət alıb

Sabirabadda baş verən qəzada 3 nəfər xəsarət alıb
# 01 fevral 2021 22:22 (UTC +04:00)

Sabirabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayon mərkəzində pambıq zavodunun qarşısında qeydə alınıb.

“Mercedes” markalı avtomobillə “Mercedes Vita” markalı avtomobilin toqquşması nəticəsində Sabirabad rayon sakinləri - 1961-ci il təvəllüdlü Umudov Rafiq Hüseyn oğlu, 1989-cu il təvəllüdlü Bağırova Nərminə Rafiq qızı və 2000-ci il təvəllüdlü Quliyev Xəyal Vidadi oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR