Şabranda karantin qaydalarını pozaraq fəaliyyət göstərən çayxana aşkarlanıb

Şabranda karantin qaydalarını pozaraq fəaliyyət göstərən çayxana aşkarlanıb
# 04 yanvar 2021 10:54 (UTC +04:00)

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, qanunvericiliyə uyğun olaraq obyektin sahibi S.Babayev və orada olan yeddi müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib edilib və onların hər biri 200 manat miqdarında cərimə olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR