Şabranda qadını şantaj edərək pul tələb edən şəxs tutulub

Şabranda qadını şantaj edərək pul tələb edən şəxs tutulub
# 11 fevral 2021 12:37 (UTC +04:00)

Şabranda qadını şantaj edərək pul tələb edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Şabran Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan qadın bu il yanvarın 17-dən fevralın 10-dək olan müddətdə bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 15 min manat pul tələb etdiyini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən həmin şəxsin şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Bədəlov olması müəyyən edilib və o saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR