Şabranda yol qəzasında avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edilib

Şabranda yol qəzasında avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edilib
# 22 fevral 2020 05:18 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şabran rayonunun Uzunboyad kəndində “Mazda” markalı yük avtomobili və “QAZ” markalı minik avtomobili toqquşub.

FHN-dən APA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR