Salyan sakininin avtomobilindən 12 kq-dan çox heroin aşkarlanıb - FOTO

Salyan sakininin avtomobilindən 12 kq-dan çox heroin aşkarlanıb - FOTO
  • Clock-gray 11:00
  • calendar-gray 17 Mart 2021

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində 12 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan şəhər sakinləri S.Quliyev və Z.Zeynalov sonuncuya məxsus “Chevrolet” markalı avtomobillə saxlanılaraq polis şöbəsinə gətiriliblər. Onların olduğu avtomobilə keçirilən baxış zamanı oradan 4 bağlamada ümumi çəkisi 12 kiloqram 120 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı məlum olub ki, həmin narkotik vasitəni S.Quliyev xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və həmin şəxsin deyəcəyi yerə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını  təşkil etməli imiş.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Digər xəbərlər