Salyanda oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Salyanda oğurluq edən keçmiş məhkumlar saxlanılıb
# 25 yanvar 2021 14:13 (UTC +04:00)

Oğurluqda şübhəli bilinən Salyan şəhər sakinləri K.Salahov və S.Quliyev saxlanılıblr.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də rayon ərazisindəki restoranların birindən 3000 manat dəyərində 2 ədəd televizor oğurlamaqda şübhəli bilinən Salyan sakinləri, əvvəllər məhkum olunmuş, 1985-ci il təvəllüdlü Kamran Salahov və 1986-cı il təvəllüdlü Samir Quliyev saxlanılıb. Onların üzərinə baxış zamanı onlardan bir ədə bıçaq və 2 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR