Salyanda piyadanı avtomobil vuraraq öldürüb

Salyanda piyadanı avtomobil vuraraq öldürüb
# 03 dekabr 2019 21:43 (UTC +04:00)

Salyan rayonunun Xıdırlı kəndində piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Xıdırlı kənd sakini, 1986-cı il təvəllüdlü Sadıq Seyidağa oğlu Mustafayev yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hazırda hadisə yerindən qaçan sürücü axtarılır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR