Şamaxıda 3 nəfər dəm qazından zəhərlənib

Şamaxıda 3 nəfər dəm qazından zəhərlənib
  • Clock-gray 14:06
  • calendar-gray 02 Yanvar 2021

Şamaxı rayonunda dəm qazından zəhərlənmə hadisələri baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bir gündə 3 ayrı ünvandan yaşayan şəxslər –2000-ci il təvəllüdlü Cəbrayılov Rəvan Həmidxan oğlu, 1962-ci il təvəllüdlü Muradova Rəfiqə Bayram qızı və M 1994-cü il təvəllüdlü Vəliyeva Səbinə Elçin qızı hamam otağında kustar üsulla quraşdırılan su qızdırıcısının içəri buraxdığı dəm qazından zəhərlənib.

Onlar təcili tibbi yardım stansiyasının avtomobilləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov

Digər xəbərlər