Şamaxıda iki avtomobil toqquşub, xəsarət alanlar var

Şamaxıda iki avtomobil toqquşub, xəsarət alanlar var
# 30 dekabr 2020 10:17 (UTC +04:00)

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Bakı-Şamaxı yolunda hərəkətdə olan 06-BC-860 dövlət nömrə nişanlı "KamAZ" markalı yük və 10-KA-224 dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik avtomobili toqquşub. Nəticədə Şamaxı rayon sakinləri - 1997-ci il təvəllüdlü Əzizli Rüfət Natiq oğlu və 1985-ci il təvəllüdlü Əkbərov Çingiz Nadir oğlu xəsarət alıb.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR