Şamaxıda minik avtomobili ilə yük maşını toqquşub, ölən var

Şamaxıda minik avtomobili ilə yük maşını toqquşub, ölən var
  • Clock-gray 12:29
  • calendar-gray 28 Noyabr 2020

Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 27-də saat 10 radələrində Şamaxı rayonunun Məlikçobanlı kəndi ərazisində rayon sakini G. Usubalıyevin idarə etdiyi “VAZ-21015” markalı minik və Bərdə rayon sakini Ə. Şirinovun idarə etdiyi “Mercedes” markalı yük avtomobilləri toqquşub.

Nəticədə G. Usubalıyevin sərnişini, Məlikçobanlı kənd sakini Elnur Xəlilov aldığı xəsarətlərdən hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Sail Ağasəlim

Digər xəbərlər