Samux sakini dəm qazından zəhərlənib

Samux sakini dəm qazından zəhərlənib
# 29 mart 2021 01:17 (UTC +04:00)

Samuxda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Füzuli kəndində baş verib.

Kənd sakini, 1992-ci il təvəllüdlü Reyhan Sadıqova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. 29 yaşlı qadın dərhal xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR