Samux sakinindən narkotik vasitə aşkar edilib

Samux sakinindən narkotik vasitə aşkar edilib
# 19 dekabr 2020 12:38 (UTC +04:00)

Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, Samux rayon Kövər kənd sakini Taleh Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında ona məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman, tövlədən 4 kiloqram 60 qram çəkidə narkotik vasitə olan, qurudulmuş “marixuana” aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadə üçün əldə etdiyini bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR