Samux və Şamaxı sakinlərindən odlu silah götürülüb

Samux və Şamaxı sakinlərindən odlu silah götürülüb
# 11 dekabr 2020 13:14 (UTC +04:00)

Samux və Şamaxı sakinlərindən qanunsuz odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Samux Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qovlarsarı kənd sakini M.Əsədovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Eyni zamanda, Şamaxı polisi tərəfindən keçirilən əməliyyat zamanı Sabir qəsəbəsi ərazisində İ.Əliyevdən müvafiq sənədləri olmayan “Stoeger” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR