Samuxda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Samuxda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB
  • Clock-gray 23:03
  • calendar-gray 28 Fevral 2021

Samuxda 2 nəfərin bıçaqlanması ilə nəticələnən hadisənin təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisəni törədən şəxs 50 yaşlı Asəf Muradov tanışı Elçin Məmmədovla yeyib-içdikdən sonra aralarında mübahisə düşüb.

Bu zaman A.Muradov E.Məmmədova bir neçə bıçaq xəsarəti yetirib. Dava zamanı onları ayırmaq istəyən Eldəniz Həsənov da bıçaqlanıb. Xəsarət alan hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

***

Saat 22:22

Samuxda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qarabağlar kəndində qeydə alınıb.

Kənd sakinləri - 1984-cü il təvəllüdlü Elçin Məmmədov və 1976-cı il təvəllüdlü Eldəniz Həsənov qarnının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hər iki yaralı dərhal cərrahi əməliyyat olunub, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Digər xəbərlər