Şirvanda 4-cü mərtəbədən yıxılan şəxs ölüb - YENİLƏNİB

Şirvanda 4-cü mərtəbədən yıxılan şəxs ölüb - YENİLƏNİB
  • Clock-gray 22:20
  • calendar-gray 05 İyul 2020

Şirvanda dördüncü mərtəbədən yıxılan şəhər sakini dünyasını dəyişib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 40 yaşlı Rüstəm Məmmədov sərxoş halda 4-cü mərtəbədən yıxıldıqdan sonra yerləşdirildiyi Şirvan Şəhər Xəstəxanasında həkimlərin bütün tibbi yardımlarına baxmayaraq keçinib.

***

Saat 20:49

Şirvanda sərxoş şəxs 4-cü mərtəbədən yıxılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, bina 17-də baş verib.

Sərxoş vəziyyətdə olan Şirvan sakini, 1980-ci il təvəllüdlü Məmmədov Rüstəm Eldar oğlu 4-cü mərtəbədən yıxılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı

Digər xəbərlər