Şirvanda qadın keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb

Şirvanda qadın keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb
# 18 dekabr 2019 21:32 (UTC +04:00)

Şirvan sakini keçmiş əri tərəfindən bıçaqlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında H.Əliyev prospektindəki zavodların birinə məxsus yataqxanada baş verib.

Şirvan sakini, 1984-cü il təvəllüdlü Qubadova Günay Hətəm qızı 1 il əvvəl boşanmış əri - Şirvan sakini Quliyev Azad Ərəstun oğlu tərəfindən bıçaqlanıb. Yaralı döş qəfəsindən aldığı 2 bıçaq yarası ilə Şirvan Şəhər Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR