Şəkidə avtomobil aşıb, ölən var

Şəkidə avtomobil aşıb, ölən var
  • Clock-gray 12:16
  • calendar-gray 05 Aprel 2021

Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, şəhər sakini V.Cəlilov idarə etdiyi “VAZ-2101” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin Verəzət kənd sakini Ş.Mustafayev hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Sail Ağasəlim

Digər xəbərlər