Şəkidə avtomobil aşıb, ölənlər var

Şəkidə avtomobil aşıb, ölənlər var
# 08 fevral 2021 11:50 (UTC +04:00)

Şəkidə 2 nəfərin ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Aşağı Göynük kəndi ərazisində kənd sakini E.Musayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili aşırıb. Qəza nəticəsində sürücü və sərnişini D.Mustafayev hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR