Şəkidə ustanı cərəyan vurub

Şəkidə ustanı cərəyan vurub
# 06 iyul 2020 20:02 (UTC +04:00)

Şəkidə evin dam örtüyünü quraşdıran ustanı yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 19 radələrində Şəki şəhəri, Sarabski küçəsindəki fərdi yaşayış evlərinin birində baş verib. Fərdi yaşayış evinin daş örtüyünü quraşdıran usta, Şəki şəhər sakini Nəriman Mustafayevi ərazidən keçən yüksək gərginlikli elektrik cərəyanı vurub. N. Mustafayev aldığı ağır elektroşok xəsarətindən hadisə yerində ölüb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR