Şəmkirdə ata və oğlunu elektrik cərəyanı vurub

Şəmkirdə ata və oğlunu elektrik cərəyanı vurub
  • Clock-gray 08:18
  • calendar-gray 29 İyul 2020

Şəmkir sakinləri olan ata və oğlunu elektrik cərəyanı vurub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

1974-cü il təvəllüdlü Ağayar Güvəndiyev və onun oğlu, 1996-cı il təvəllüdlü Əli bədənin müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hər ikisinə lazımi tibbi yardım göstərildikdən sonra Bakı şəhərində yerləşən xəstəxanaların birinə aparılıblar. 

Məlumata görə, ata və oğlunu evdə elektrik cərəyanı vurub. Yaxınlarının sözlərinə görə, elektrik naqili qırılıb evin dəmir qapısının üzərinə düşüb. Hadisə onlar qapını açarkən baş verib.

Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu

Digər xəbərlər