Şəmkirdə gənc oğlanı bıçaqlayan şəxs tutulub

Şəmkirdə gənc oğlanı bıçaqlayan şəxs tutulub
  • Clock-gray 13:33
  • calendar-gray 21 İyun 2020

Bəzi kütləvi informasiya vasitələrində Şəmkir rayonunda 15-16 yaşlarında şəxsin bıçaqlanaraq ağır vəziyyətdə xəstəxanaya çatdırılması barədə məlumatlar yayılıb.

Baş Prokurorluqdan APA-ya verilən məlumata görə, belə ki, iyunun 20-də saat 02 radələrində rayonun Zəyəm qəsəbə sakini 1992-ci il təvəllüdlü Səddam Həsənovun bıçaqlanması və “daxilə keçən kəsilmiş-deşilmiş yara” diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Dərhal prokurorluq və polis  əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla cinayətin Şəmkir rayonu Düyərli kənd sakini 1996-cı il təvəllüdlü Elsevər Pirverdiyev tərəfindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

apa-logo-mini

Digər xəbərlər