Şəmkirdə minik maşını aşıb, xəsarət alanlar var

Şəmkirdə  minik maşını aşıb, xəsarət alanlar var
# 09 yanvar 2021 08:44 (UTC +04:00)

Şəmkirdə 2 nəfərin xəsarət alması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hərəkətə olan “VAZ” markalı minik maşını idarə etməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 20 yaşlı Abbasov Nəriman və onun həmyaşıdı Məhərrəmli Eltun xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafiə orqanların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR