Şəmkirdə qadını maşın vurub

Şəmkirdə qadını maşın vurub
# 15 fevral 2021 21:32 (UTC +04:00)

Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, 1961-ci il təvəllüdlü Rəfəngül Hüseynova yolu keçmək istəyən zaman onu avtomobil vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR