Şəmkirdə yol qəzası olub, xəsarət alanlar var

Şəmkirdə yol qəzası olub, xəsarət alanlar var
# 11 sentyabr 2020 21:56 (UTC +04:00)

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonda 4 nömrəli məktəbin qarşısında qeydə alınıb.

Hərəkətdə olan "VAZ" markalı minik maşını ilə digər minik avtomobili toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR