Sübahir Qurbanov əfv edilib

Sübahir Qurbanov əfv edilib
# 06 aprel 2020 16:52 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb.

APA-nın məlumatına görə, əfv olunanlar arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi, general Sübahir Qurbanov da var.

Sübahir Qurbanov 2015-ci ildə həbs olunub.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə S. Qurbanov 14 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq bu gün əfv sərəncamı imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR