Sumqayıt sakinindən nömrəsi silinmiş tapança götürülüb

Sumqayıt sakinindən nömrəsi silinmiş tapança götürülüb
# 24 mart 2020 11:40 (UTC +04:00)

Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş V.Həmzəyevdən nömrəsi silinmiş “Makarov” markalı tapançası götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ondan həmçinin 1 ədəd patron darağı və 2 ədəd patron aşkar edilərək müsadirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR