Sumqayıtda tədris mərkəzindən oğurluq edilib

Sumqayıtda tədris mərkəzindən oğurluq edilib
# 22 mart 2021 13:13 (UTC +04:00)

Sumqayıtda silsilə oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki evlərin birindən 2800 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri F.Abbasov, A.Canəliyev və N.Bayraməliyev saxlanılıblar.

A.Canəliyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun həmyerlisi, əvvəllər məhkum olunmuş R. Həsənovla birgə avtoyuma məntəqələrinin birindən 600 manat dəyərində tozsoran və kompressor, R. Həsənovun tədris mərkəzlərinin birindən kompyuter, printer, modem və həmyerlisi, əvvəllər məhkum olunmuş K.Səfərəliyevlə birgə internet klubların birindən 18 ədəd oyun aparatı, 30 ədəd pult, 10 ədəd disk, K. Səfərəliyevin isə “Mercedes” markalı bir avtomobildən maqnitofon və monitor oğurlaması müəyyən edilib.

Araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR