Sumqayıtda yanğın olub, 1 nəfər zəhərlənib

Sumqayıtda yanğın olub, 1 nəfər zəhərlənib
  • Clock-gray 12:52
  • calendar-gray 20 Oktyabr 2020

Sumqayıt şəhərində tikintisi başa çatmayan çoxmərtəbəli yaşayış binasının fasadına quraşdırılan taxtadan ibarət konstruksiya 20 m² sahədə və 1-ci mərtəbəsində tikinti materialları 100 m² sahədə yanıb. 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sail Ağasəlim

Digər xəbərlər