Sumqayıtda yataqxanada baş verən yanğın söndürülüb - YENİLƏNİB-1 - FOTO

Sumqayıtda yataqxanada baş verən yanğın söndürülüb - YENİLƏNİB-1 - FOTO
  • Clock-gray 15:33
  • calendar-gray 27 Fevral 2020

Fövqəladə Hallar Nazirliyi Sumqayıtda yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb.

APA nazirliyin saytına istinadən verdiyi xəbərə görə, şəhərin Hacı Zeynalabdin qəsəbəsində, beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 6 m² olan hamam otağında istifadəyə yararsız ev əşyaları 2 m² sahədə yanıb. Yanğın zamanı 3 nəfər xilas edilib, 10 nəfər bina sakini isə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

saat 14:40

Sumqayıtda yataqxanada baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, beşmərtəbəli yataqxananın 2-ci mərtəbəsinin hamam otağından əşyalar və 6 kv.m sahə yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

saat 14:09

Sumqayıt şəhəri, H. Z. Tağıyev qəsəbəsində 3 saylı yataqxanada yanğın başlayıb.

APA-nın xəbərinə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

TƏBİB-dən APA-nın sorğusuna verilən cavaba görə, ilkin məlumata görə, yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib, 2 nəfərə yerində yardım göstərilib. Bir nəfər isə Sumqayıt Təcili Yardım Xəstəxanasına aparılıb. 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date