Sumqayıtda yük qatarı avtobusla toqquşub, ölən var - YENİLƏNİB - FOTO

Sumqayıtda yük qatarı avtobusla toqquşub, ölən var - YENİLƏNİB - FOTO
# 10 mart 2021 16:07 (UTC +04:00)

"Azərbaycan Dəmir Yolları" QSC Sumqayıtda baş verən qatar qəzası ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, bu gün saat 13:20 radələrində 10 çən vaqonu manevr teplovozu ilə Sumqayıt Çay Stansiyasına gətirilərkən qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərən Maarif Valeh oğlu Lazımovun idarə etdiyi mikroavtobusla toqquşub: “Hadisə nəticəsində qatar tərtibatçısı Abdullayev Murtuz Aleksey oğlu dünyasını dəyişib. Hadisənin baş vermə səbəbi müvafiq orqanlar aidiyyəti üzrə araşdırılacaq və hüquqi qiymət verəcək”.

***

saat 15:25

Sumqayıtda yük qatarı ilə avtobus toqquşub.

APA xəbər verir ki, nizamlayıcı işləyən 1972-ci il təvəllüdlü Abdullayev Murtuz Aleksey oğlu qatarla avtobus arasında qalaraq ölüb.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR