Suraxanıda 4 otaqlı ev yanıb - VİDEO

Suraxanıda 4 otaqlı ev yanıb - VİDEO
# 13 fevral 2021 13:09 (UTC +04:00)

13 fevral 2021-ci il tarixində gecə saatlarında Bakı şəhərinin Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi, 26 ünvanında yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub. Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin səyi nəticəsində yanğın daha geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 100 m² olan bir dam altında (ev və ət satışı mağazası) tikilən birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 23 m² sahədə, dam örtüyü 63 m² sahədə yanıb. Evin, ət satışı mağazasının qalan hissəsi, bitişik tikililər və yaxınlıqda yerləşən mobil rabitə operatorunun ötürücü qülləsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR