Suriyada döyüşən azərbaycanlının məhkəməsi başlayıb

Suriyada döyüşən azərbaycanlının məhkəməsi başlayıb
# 03 yanvar 2020 16:15 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən İbadov Samir Telman oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı yanvarın 8-nə təyin edilib.

Qeyd edək ki, S. İbadova Cinayət Məcəlləsinin 218.2-ci (218.2. Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR